Xalq artisti HƏYƏCAN TƏBİLİ ÇALDI: "Cəfər Cabbarlının heykəlinə olan belə münasibət qəbuledilməzdir" - FOTOLAR
Xalq artisti, tanınmış aktrisa Xalidə Quliyeva Kinostudiya ilə bağlı sosial şəbəkə hesabında paylaşım edərək həyəcan təbili çalıb.
Yenicag.az xəbər verir ki, aktrisa vaxtilə milli kinomuzun incilərini ərsəyə gətirən, amma indi xarabazarlığı xatırladan məşhur kinostudiyanın halına təəssüflənib.
“Təəssüflər… “Azərbaycanfilm” kinostudiyasının qarşısındakı Cəfər Cabbarlının heykəlinə olan belə münasibət qəbuledilməzdir! Və nə yazıq ki, bu, bu gün baş verir…” – o qeyd edib.
Xalq artisti bununla bağlı fotoları təqdim edib. Onun paylaşımı kino xadimləri tərəfindən müzakirələrə səbəb olub.
Fotoları təqdim edirik:
Cəvahir












