Xalq artisti kövrəldi: “Sağ olsaydı, ilk hədiyyəmi ondan alardım”

Xalq artisti, məşhur diktor Ofeliya Sənaninin doğum günüdür.

Yenicag.az-a açıqlama verən tanınmış diktor doğum günündə kövrəldiyini deyib:

“Yaş üstünə yaş gəldikcə, insan kövrəlir. Rəqəmlərin rolu böyükdür. Əvvəlki təravət qalmır. Düşünürəm ki, yaşlanmağımın nəyini qeyd edim? Həyat yoldaşım Valid hər doğum günümdə səhər evdən çıxıb, qızılgüllərlə qayıdardı. O gülləri vazaya qoyub, məni çağırar, təbrik edərdi. Onun yoxluğu məni çox incidir. Sağ olsaydı, ilk hədiyyəmi onlan alardım. İndi də yuxuma girir, ad günlərimdə məni yuxularımda təbrik edir”.

Diktor xanım sevənlərinin səhərdən onu təbrik etdiyni də bildirib:

“Səhərdən telefonlarım susmur, hamı təbrik edir, demək ki, insanların yaddaşındayam. Bu mənim üçün böyük hədiyyədir”.

Cəvahir

COP29