!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti səhhəti pisləşən xanımı barədə: “Kiminsə bizə yazığı gəlməsin”

!Reklam – Yazi

Xalq artisti, tanınmış aktyor Arif Quliyev həyat yoldaşının səhhətindən danışıb.

Yenicag.az-a açıqlama verən aktyor bu barədə xəbərlərin yayılmasına qarşı olduğunu bildirib:

“Oğlum deyib ki, anasının səhhəti ağırdır, pula ehtiyacımız var. Çox nahaq. Həyat yoldaşım çoxdan xəstədir, müalicə olunur. Müalicə xərclərini də özümüz ödəyirik. Heç kimdən pul istəmirik. Həyat yoldaşım onunla bağlı xəbər yayılmasının əleyhinədir. Xanımım buna görə utanır. Deyir ki, istəmirəm Arif Quliyevin xanımına kiminsə yazığı gəlsin. Onsuz da özümün səhhətim pisləşəndə təmənnasız müalicə etdilər, bir qəpik də xərcim çıxmadı. İndi xanımım da serrozdan müalicə alır, Allah köməyimiz olsun”.

Qeyd edək ki, Milli.Az-a daxil olan məlumata görə, xalq artisti Arif Quliyevin xanımı Gülzar Quliyevanın səhhəti ağırlaşıb. Bu haqda xəbəri aktyorun oğlu Rövşən Quliyev də Milli.Az-a təsdiqləyib.

“Son 1 həftədir ki, anamın səhhəti ağırlaşıb. Günü-gündən ağrıları daha da şiddətlənir. Anama təcili müalicə lazımdır, amma buna imkanımız yoxdur”, – deyə aktyorun oğlu bildirib.

Cəvahir

COP29

www.yenicag.az

2204
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv