Xalq artisti seriallarda NİYƏ YOXDUR? – Səbəbləri AÇIQLADI
“Qarabağ mövzusunda, eləcə də sosial mövzulu seriallar olsa, məmnuniyyətlə çəkilərəm”.
Bu sözləri Xalq artisti Xalidə Quliyeva Yenicag.az-a açıqlamasında seriallarda görünməməsi ilə bağlı sualı cavablandırarkən deyib.
Hazırda bədii filmdə rol aldığını söyləyən aktrisa, bir neçə mövsüm davam edən uzunmüddətli seriallara çəkilmək istəmədiyini bildirib:
“Qarabağ mövzusunda, eləcə də aktual sosial mövzularda seriallar olsa, məmnuniyyətlə iştirak edərəm. Obrazın maraqlı olması mənim üçün çox önəmlidir. Eyni zamanda, canlandıracağım xarakterin bir tarixçəsi və dərinliyi olmalıdır. Arzuladığım mövzular və obrazlar təklif olunarsa, niyə də çəkilməyim? Amma uzun seriallara çəkilmək istəmirəm, çünki uzandıqca həmin işlər öz keyfiyyətini itirir. Bunu hamı yaxşı bilir. Həm də uzunmüddətli çəkilişlərdə iştirak etmək asan məsələ deyil. Bəzən proses bir neçə mövsüm uzanır. Məncə, 10-12 seriya kifayətdir. Məsələn, İctimai Televiziyanın çəkdiyi 10-12 seriyalıq layihələr çox xoşuma gəlir”.
Cəvahir













