!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti: “Şövkət Ələkbərova deyirdi ki, iti, qurdu görüm, Nisəni görməyim” - VİDEO

!Reklam – Yazi

“Ailəm telefonu əlimdən almışdı ki, sosial şəbəkəyə baxmayım. Bəzi şeyləri görməyimi istəmirdilər. Səhhətimə görə bunu etməliyəm”.

Yenicag.az xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımova “Rəngarəng səhər” verilişində deyib. Müğənni SSR Xalq artisti Şövkət Ələkbərova ilə aralarında yaşanan qalmaqaldan danışıb:

“Əvvəl efirə kimlər çıxırdı. Biz də onlara qulaq asır, öyrənirdik. Yeni vaxtlarımda utancaq idim. Bir dəfə verilişə gələndə Şövkət xanımın yanından gəlib keçdim. Onu başqasına oxşadıb, salam vermədim. Şövkət xanım baxdı, dedi, boy. Tərslikdən də həmin an geyimimiz eyni idi. Başqa bir proqramda da eyni düşdük. Biz də oxuyanda hörmət naminə gəlirdik müğənnilərin yanına oxuyurduq. Gəldim Şövkət xanımın yanına üzünü çevirdi. Əbülfət Əliyevə, Rübabə Muradovaya yalvardım ki, məni Şovkətlə barışdır. Şövkət deyirdi ki, iti görüm, qurdu görüm, Nisəni görməyim. İnandırmaq istəyirdim ki, onu görüb səhv salmışam. Sonda barışdı. Küsməyimiz də, barışmağımız da səssiz oldu”./Oxu.Az/

www.yenicag.az

354
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv