“Mənim səviyyəmə cavab vermirlərsə, elə məxluqlara cavab vermirəm”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni, Xalq artisti Tünzalə Ağayeva “Pərvizə görə” verilişində deyib.
Sənətçi arxasınca danışanlara verdiyi reaksiyadan danışıb:
“İnsan ona sayğı göstərilən tərəfə addım atar. Sənə qarşı o yerdə hörmət, sayğı varsa, nəinki bir addım, hətta iki addım atarsan. Elə verilişlər var, orada yoxam və hər verilişə də gedə bilmirəm. Tünzalə Ağayevanın adı çəkiləndə aparıcı sayğı duyursa, dəyər verirsə, hər zaman onun yanındayam. Yox, əgər mənim adıma o yerdə hörmət yoxdursa, adımın, sənətimin orada hörməti də yox e, dəyəri yoxdursa, bunun fərqində deyillərsə, niyə o adamları saymalıyam? Mənim münasibətim belədir”.
Nehru
www.yenicag.az