Boğazında şiş aşkarlanan və Almaniyada əməliyyatı üçün buna 254 min manata ehtiyacı olduğunu bildirən Xalq artisti Könül Xasıyeva məbləğin bir hissəsini topladığını bildirib.
Yenicag.az xəbər verir ki, xanəndə xanım ona dəstək olan şəxslərdən danışıb.
O, əməliyyat üçün vəsaitin tam olaraq toplanmadığını bildirib və yenidən sənət adamlarına müraciət edib.
“İki ən yaxın rəfiqəm 78 min manat dəstək oldular, sağ olsunlar. İnanıram ki, ən yaxın dostlarımın köməyi sayəsində səsimə qovuşacam. Hamıya can sağlığı, bol ruzi arzu edirəm. Rusiyada yaşamasına baxmayaraq Azərbaycan milli musiqisini qəlbində yaşadan bir qardaşım da 20 min manat dəstək oldu. 100 min manat pul qalıb, inanıram ki, can dostlarım, rəfiqələrim həmin pulu toplayıb məni yaşadacaqlar”.
Qeyd edək ki, xanəndənin kömək məqsədi ilə sənət dostlarına ünvanladığı müraciət birmənalı qarşılanmayıb. Müğənni Əli Mirəliyev Yenicag.az-a açıqlamasında sənət adamlarında pul olmadığını, həmkarının məmur və deputatlardan kömək istəməsini məsləhət görmüşdü.
Cəvahir
www.yenicag.az