!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artistinin bacısı fəryad etdi: “Yalvarıram, kömək edin” - FOTOLAR

!Reklam – Yazi

Mərhum xalq artisti, tanınmış bəstəkar Şəfiqə Axundovanın bacısı Nəhayət Axundova kömək istəyir.

Yenicag.az-a açıqlama verən N. Axundova bacısının son vəsiyyətinin yerinə yetirilməsi üçün fəryad edib:

“Bacım 70 il Azərbaycan musiqisinə xidmət edib. Üzeyir Hacıbəyli kimi dahinin tələbəsi olub. Heydər Əliyev onun yaradıcılığını yüksək qiymətləndirib, bütün mükafatlarla təltif edib. Şəfiqənin doğulub, boya-başa çatdığı Şəki şəhərində adının əbədiləşdirilməsini, ev muzeyinin yaradılmasını istəyirəm. Bu, həm də bacımın son vəsiyyətidir. İstəyirəm Şəkidə bir musiqi ocağı yaradılsın, gənclər onun milli ruhda yazdığı əsərləri ilə tanış olub, Şərqdə ilk opera yazan qadın bəstəkarın kim olduğunu bilsinlər. Neçə illərdir ki, onun əşyalarını saxlayıram, hamısını muzeyə təhvil verəcəm. Xərçəng xəstəsiyəm, ömrümə çox az vaxt qalıb. Gələn il onun 95 illik yubileyi olacaq. İstəyirəm sağ ikən bacımın vəsiyyətini yerinə yetirim”.

Xalq artistinin bacısı mərhum bəstəkarın Şəki şəhərində doğulub, boya-başa çatdığı evində hazırda başqa insanların yaşadığını deyib:

“Ata-baba evimizdə indi başqa insanlar yaşayır. O evin geri alınaraq, bizə qaytarılması üçün əlaqədar qurumlara müraciət etdim. Mədəniyyət və Turizm Nazirliyindən cavab gəldi ki, həmin evi geri almaq imkanları xaricindədir. Eybi yox, təki balaca bir yer ayrılsın və bacımın əşyalarını həmin məkana təhvil verək. Yalvarıram, mənə kömək edin”.

Cəvahir

www.yenicag.az

4111
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv