Lunadan QALMAQALLI SÖZLƏR: “Bir-iki toy oxuyandan sonra səsləri batır”
“Azərbaycanda şou-biznes var ki, özümə də rəqib görüm?”
Bunu Yenicag.az-a açıqlamasında müğənni Luna “Şou-biznesdə özünüzə kimi rəqib görürsünüz?” sualını cavablandırarkən deyib.
Sənətçi həmkarlarına meydan oxuyaraq qalmaqallı açıqlaması ilə şou-biznes aləmindəki sükutu pozub:
“Azərbaycanda şou-biznes var ki, özümə də rəqib görüm? Hamısı fonoqram oxuyanlardır. Elə mən də fonoqram oxuyuram. Canlı oxuya bilən bir-iki nəfər müğənni var. Onlar da bir-iki toy oxuyandan və yaşlandıqdan sonra səslərini itirirlər. Hansı müğənnimiz xarici ulduzlar kimi səhnəyə çıxıb canlı ifa edir? Hansı müğənni musiqimizi ölkə xaricində tanıda bilib? Heç biri…
Bir dənə Roza Zərgərli tanıda bilib, o da fonoqramla…”
Cəvahir













