Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Xalq şairi: “Keşiş Qaponun “əsli”lərini evlərinə doldurub, “yanıq Kərəmi”lik etməsinlər”

“Böyük Vətən Müharibəsində çalınan Qələbədən sonra doğulmuşam, indi də doğum günüm Azərbaycanın çaldığı zəfər qələbəsindən sonraya təsadüf etdi. 44 gündən sonra ermənilərin 40-ı çıxdı, 4 gündən sonra da dünyaya gəldiyim günü qeyd etdim”.

Bunu Yenicag.az-a açıqlamasında yeni yaşına qədəm qoyan xalq şairi Vahid Əziz doğum günü təəssüratlarını bölüşərkən deyib.

O, qələbə sevincini də bölüşüb:

“Vətən müharibəsində çalınan qələbə böyük zəfər qələbəsidir. 30 ildən sonra bu sevinci Ali baş komandanım xalqımıza yaşatdı. Bu böyük qələbə Azərbaycanımızın, Ali baş komandanımızın, Ordumuzun və bütün xalqımızın qələbəsidir. Bu qələbə dövlət başçımızın uzaqgörən siyasətinin uğurlu nəticəsi idi. İllərlə hazırlıqlar görüldü, Azərbaycan dünyada yüksək səviyyədə təbliğ olundu, kadr siyasətinə, iqtisadiyyata diqqət ayrıldı və bütün bunlar böyük bir tarixi qələbə ilə nəticələndi. Bu qələbənin əsasında həm də xalqın dövlətə böyük inamı dayanır. Dünyada unikal bir hadisədir ki, xalqla dövlətin və dövlətçiliyin, dövlət başçısının arasında böyük bir sevgi, inam var. Qarabağda olan Vətən müharibəsi gətirib ona çıxardı ki, xalq öz hakimiyyətinə inandı, xalq öz hakimiyyətini seçdi. Ağız büzənlərin dodaqlarında təbəssüm əmələ gəldi. Başa düşdülər ki, söhbət nədən gedir. Amma biz dayanmamalıyıq, arxayınçılıq olmamalıdır. Ermənilərlə böyük sülhə yox, böyük müharibəyə hazır olmalıyıq, çünki çox məkrli düşməndir. Arxasında kimlərin dayandığını da gözəl bilirik. Bəzən deyirlər ki, ermənilər niyə Xankəndində qalıblar. Onlar da yavaş-yavaş çıxıb gedəcəklər. Əslində rus qoşunlarının orada olması bir tərəfdən yaxşıdır, çünki ermənilər başdan-ayağa şər-şəbədədir. Ruslar orada olmasaydı, gündə bir təxribat edib, deyəcəkdilər ki, azərbaycanlılar edib. Biz bundan sonra çox diqqətli və vətənpərvər olmalıyıq. Daha bizim camaatımız keşiş Qaponun nəvələrini, “əsli”lərini gətirib, evlərinə doldurub, “yanıq Kərəmi”lik etməsinlər.
Əslində “Yanıq Kərəmi” sevgi dastanı yox, xəbərdarlıq dastanıymış, vaxtında bunu anlamamışıq”.

Cəvahir

www.yenicag.az

3738