Xankəndi stadionu “Qarabağ”–MOİK oyununa hazırdır

media-hightechnic-468x90

Sabah Xankəndi şəhər stadionunda keçirləcək “Qarabağ”–MOİK oyunu ilə bağlı hazırlıq işləri yekunlaşıb.

Yenicag.az xəbər verir ki, artıq stadionunun işıqlandırma sistemi hazır vəziyyətə gətirilib.

Bununla bağlı tanınmış aparıcı Sənan Şəfizadə özünün “Instaqram” səhifəsində Xankəndi stadionundan yeni şəkillər paylaşıb. Görüntülərdən də bəlli olur ki, stadionda işıqlandırma ilə yanaşı, elektron reklam lövhələri də yerləşdirilib və onun sınaqları həyata keçirilib.

Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qarabağ”–MOİK matçı saat 14:00-da Xankəndi stadionunda başlayacaq.

Bu, işğaldan azad olunduqdan sonra Xankəndidə keçiriləcək ilk futbol qarşılaşması olacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa