Xankəndinin “erməni komendantı” məsələsi İrəvanda qalmaqal yaratdı

Bir müddət öncə Xankəndi şəhərinə erməniəsilli Stepan Qalstyanın komendant təyin edilməsi ilə bağlı məlumat tirajlanırdı.

Yenicag.az xatırladır ki, bu məlumatı erməni jurnalist Tatul Akopyan ictimailəşdirmişdi. Heç bir rəsmi qurumun təsdiqləmədiyi iddia hazırda məhkəmə çəkişməsi mövzusu olub.

Artıq məlumdur ki, S. Qlastyanın komendant təyin olunması xəbəri dezinformasiyadır. Buna görə də S. Qalstyanın qohumu, keçmiş separatçı David Qalstyan T. Akopyanı məhkəməyə verməyə hazırlaşır. O, jurnalisti böhtan atma və işgüzar nüfuza zərbə vurmaqda ittiham edib.

Xatırladaq ki, Xankəndiyə polis generalı Sərdar Səfərov komendant təyin edilib.