Xaricdə “yatan” pullarımızdan nə xəbər?

media-hightechnic-468x90

manat_qazancManatın qəflətən ucuzlaşmasından bir müddət sonra Mərkəzi Bankın valyuta ehtiyatları barədə həyəcan təbili çalması narahatlığı artırıb. İyunda keçiriləcək Avropa Olimpiya oyunlarını nəzərə alsaq, təbii olaraq belə bir sual meydana çıxır.

Valyuta ehtiyatlarımız iyundan tez ölkəyə gətirilə bilərmi?

İqtisadçı ekspert Vüqar Bayramov hesab edir ki, valyuta ehtiyatlarımızın iyundan tez ölkəyə gətirilməsi mümkündür.

“Ümumiyyətlə Dövlət Neft Fondunun aktivləri təxminən 30 %-dir. Bu o deməkdir ki, Dövlət Neft Fondu öz valyuta ehtiyatlarının təxminən 3-dən birini qısa zamanda ölkəyə gətirmək imkanlarına malikdir. Nəzərə alsaq ki, Dövlət Neft Fondunun bütövlükdə rezervləri 35 milyard dollardı ki, bunun da 10 milyard dollarını qısa zamanda ölkəyə gətirmək mümkündür”.

 

Vüqar Bayramov bildirir ki, digər vəsaitlərin ölkəyə gətirilməsi müəyyən zaman tələb edir.

“Qeyd edim ki, həmin vəsaitlərin qısa zamanda ölkəyə gətirilməsi də planlaşdırılmır. Çünki, onlar qiymətli kağızlarda, daşınmaz əmlakda və qızılda saxlanıldığı üçün onların gəlir əldə etməsi ehtimalı kifayət qədər yüksəkdir. Eyni zamanda da ölkə daxilində də böyük vəsaitlərə ehtiyac yoxdur. Yəni, bunları nəzərə alaraq Dövlət Neft Fondunun vəsaitlərinin ölkəyə gətirilməsini çətinlik olacağını düşünmürəm”

“Sadəcə qiymətli kağızlarla, bondların satılması və nağd vəsaitə çevrilməsi müəyyən zaman alır. Əgər büdcə transferləri ilə bağlı vəsaitə ehtiyac olarsa, o zaman Dövlət neft Fondu likvid qiymətli kağızların satışını həyata keçirə bilər”.

Kamran

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600