Xavi karyerasını başa vurur

media-hightechnic-468x90

İspaniya millisinin və “Barselona”nın sabiq futbolçusu Xavi Hernandes peşəkar karyerasını başa vuracaq.

Yenicag.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi bu barədə “Instagram” səhifəsində yazıb.

Asiya Çempionlar Liqasında İran “Persepolis” ilə matç Qətərin “Əl Sədd” klubunun formasını geyinən Xavi üçün sonuncu olacaq.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Xavi karyerası ərzində yalnız iki klubda çıxış edib. İspaniya millisi ilə dünya və Avropa çempionu olan məşhur futbolçu Kataloniya klubunun heyətində mümkün olan bütün mükafatları əldə edib. O, AVRO-2008-in ən yaxşı futbolçusu seçilib.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600