XƏBƏRDARLIQ: Bakıda intensiv yağış yağacaq

media-hightechnic-468x90

Bakıda və Abşeron yarımadasında aprelin 14-ü gündüzdən 15-i gündüzədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

media-banner_tuq

Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi ehtimalı var.

Bildirilib ki, Azərbaycanın rayonlarında yağıntılı hava şəraitinin fasilələrlə aprelin 15-i səhərədək davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı, yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05