“Xədicə həbs olunmaq istəyirdi”
Xəbər verildiyi kimi, Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayıl dekabrın 5-də həbs edilib. Səbayel Rayon Məhkəməsinin qərarı ilə onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.
Xədicə İsmayıl bir zamanlar Azadlıq Radiosu və “Meydan TV”nin əməkdaşı olan Tural Mustafayevin şikayəti əsasında azadlıqdan məhrum edilib.
Məsələyə ilə bağlı saytımıza münasibət bildirən QHT sədri, internet-media ekspert Səbuhi Abbasov bunu xarici dairələr tərəindən növbəti təxribat kimi qiymətləndirib: “Xədicəyə görə ah-nalə çəkənlərin nəzərinə! Tamaşa başa çatdı, özünüzü artistiyə qoymayın. Xədicə həbs olunması üçün əlindən gələni etdi. O həbs olunmaq istəyirdi və bu arzusuna da çatdı. Bu cinayət olmasaydı başqa birini yapacaqdı. Adam öldürsə belə Cənab Şults kimilər ” Xədicənin siyasi baxışlarına” görə həbs olunduğunu idda edəcək. Və yaxud da “Xədicə soğan doğrayanda rəhmətliyin başı bıcağın altında nə gəzirdi” diyəcəklər. Sözümün canı, cəsədi ondan ibarətdi ki, biraz da öz problemlərimizə köklənək. Ermənilər sərhədi açmaqdan, qondarma soyqırımdan danışırlar. Lavaşı alan sabah dolmanı, aşıda alacaq. Hətta Nizamini və Fizulini də alacaqlar belə getsə. Nalbadyan isə bütün dünyaya Azərbaycanın aqqressiya dolu siyasət apardığını iddi edir. Bu qədər qəliz bir vəziyyətdə biz hələdə Xədicəni müzakirə edirik. Xədicə öz havadarlarının təlimatlarına müvafiq olaraq iş başındadır, buna əmin olun. Yüzlərlə KİV nümayəndəsini vəhşicəsinə döyən, təzyiqlər edən Amerika höküməti üçün Xədicənin istənilən cinayəti siyasiləşdirilir”.
Bu məsələdə Qeyri-Hökümət təşkilatlarının konkret mövqe nümayiş etdirmələrinin zəruri olduğunu deyən S.Abbasov sistemli, koordinasiyalı fəaliyyətin vaciblindən danışdı: “QHT-lər bu və ya digər milli məsələlərdə koordinasiyalı şəkildə və dünya dilində hərəkətə keçməlidirlər. ”