Xərçəngdən əziyyət çəkən azərbaycanlı müğənni öldü

media-hightechnic-468x90

Azərbaycanlı məşhur dünyasını dəyişib.

Yenicag.az “yenilik.az”a istinadən xəbər verir ki, Türkiyədə yaşayan azərbaycanlı opera müğənnisi Muxtar Rəsuloğlu xərçəng xəstəliyindən vəfat edib.

Antalya Dövlət Opera və Balet Teatrının solisti olan bariton səsli sənətkar 59 yaşında Akdeniz Universiteti Xəstəxanasında dünyasını dəyişib.

2 ildir xərçəngdən müalicə olunan müğənni ötən ay əməliyyat olunub. Lakin həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. M.Rəsuloğlunun cənazəsi dəfn olunmaq üçün ailəsinin və yaxınlarının yaşadığı Azərbaycana göndəriləcək.

Yenicag.az

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600