!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xərçəngə səbəb olan əsas amil açıqlandı - ARAŞDIRMA

!Reklam – Yazi

Xərçəngin yaranma riskini artıran əsas faktor açıqlanıb.

Yenicag.az xəbər verir ki, Beynəlxalq Xərçəng Əleyhinə İttifaq (IUCC) 4 fevral Ümumdünya Xərçənglə Mübarizə Günü ilə bağlı ictimai rəy araşdırması aparıb.

Araşdırma nəticəsində xərçəng riskini artıran əsas faktorun tütün olduğu məlum olub.

Birliyin “Xərçəng 2020” adlı araşdırmasına görə, xərşəng riskini tütün istifadəsi 63 faiz, zərərli təsirlərə məruz qalma 54 faiz, passiv siqaret istifadəsi (yəni siqaret tüstüsünə məruz qalma) 50 faiz artırır.

Bundan başqa, hərəkətsiz , idmansız həyat və bəzi viruslara və bakteriyalara yoluxma 28 faiz, artıq çəki 29 faiz bu riski artırır və xərçəngə səbəb olma faktorları arasında az təsir edən amillər kimi dəyərləndirilir.

Eyni zamanda alimlər hesab edirlər ki, xərçəng xəstəliklərinin 40 faizdən çoxunun qarşısı alına bilər, amma burada vacib şərt erkən diaqnozdur. Erkən diaqnoz xərçəng müalicəsində uğur qazanmaq şansını artırır.

Xərçəng riskini azaltmaq sağlam həyat tərzi, müntəzəm olaraq müayinələrdən keçmək, daimi fiziki aktivlik, müntəzəm olaraq meyvə-tərəvəz qəbulu, həmçinin yuxu rejiminə əməl etmək, tütün istifadəsi kimi pis vərdişlərin olmamasından asılıdır.

Qeyd edək ki, 4 fevral Ümumdünya Xərçənglə Mübarizə Günü kimi qeyd olunur.

2005-ci ildən başlayaraq hər il fevralın 4-ü Beynəlxalq Xərçəng Əleyhinə İttifaq tərəfindən Dünya Xərçənglə Mübarizə Günü kimi qeyd edilir.

Həmin günün təsis edilməsinin başlıca məqsədi diqqəti bu qlobal problemə yönəltmək, eləcə də xərçəng xəstəliyinin təhlükəlilik dərəcəsi və onun yeni müalicə üsullarını dünya ictimaiyyətinə çatdırmaqdır.

Azərbaycan Səhiyyə Nazirliyinin bu günlə bağlı yaydığı məlumatda bildirilir ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da onkoloji xəstələrin sayı artır. Əgər 2017-ci ildə ölkəmizdə 45,7 min xəstə var idisə, 2018-ci ildə 49,1 min onkoloji xəstə qeydə alınıb. Lakin bununla yanaşı, hazırda ölkəmizdə yeni əmələ gələn şişlərlə beş və daha çox il yaşayan 17,6 min xəstə var.

Xərçəng orqanizmin hər hansı hissəsində özünü büruzə verən yüzdən çox xəstəliyin ümumi əlaməti ola bilər. Xərçəngin tipik əlamətlərindən biri anomal hüceyrələrin sürətlə inkişaf edərək öz əhatə dairəsini genişləndirməsidir. Həmin proses metastaz adlanır və xərçəngdən ölümün əsas səbəbi sayılır.

Xərçəng xəstəliklərinin yaranma səbəblərini hələ ki, müəyyən etmək mümkün olmasa da, erkən müdaxilə nəticəsində həmin xəstəliklərin təxminən üçdə bir hissəsinin inkişafının qarşısını almaq olur. İlkin mərhələlərdə xərçəng şişinin aşkar edilməsi onun uğurlu şəkildə müalicə edilməsini mümkün edir. Lakin mütəxəssislər onu da xəbərdarlıq edirlər ki, xərçəngə yoluxma hallarının 40 faizə qədərinin qarşısını almaq mümkündür. İlk növbədə, bədxassəli şişlərin əmələ gəlməsinə səbəb olan tütün tüstüsünün tərkibində olan kansoregen maddələrdən uzaq olmaq lazımdır. Xərçəngin əksər növlərində xəstəliyin vaxtında aşkarlanması və düzgün aparılan müalicə nəticəsində sağalma ehtimalı çox yüksəkdir.

2019-2021 illərdə Dünya Xərçəngə Qarşı Mübarizə Günü “Mən varam və olacağam” şüarı altında keçirilir. /e-tibb.az/

www.yenicag.az

1529
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv