Alimlər xərçəng xəstəliyinin müəyyən edilməsi üçün yeni texnologiya üzərində işləyirlər.
Yenicag.az BBC-yə istinadən xəbər verir ki, Böyük Britaniyanın Kembric Onkoloji Xəstəliklərin Tədqiqatı Mərkəzinin mütəxəssisləri xərçəng xəstəliyinin ilkin mərhələdə aşkarlanması çərçivəsində kliniki təcrübələrə başlayıblar.
Məlumata görə, alimlərin nəzərdə tutduqları yeni texnologiya əsasında xərçəng xəstəliyini insanın nəfəsi ilə müəyyənləşdirmək mümkün olacaq.
Qeyd olunur ki, yenii texnologiyanın effektivliyini yoxlamaq üçün təşkil olunacaq testə 1 500 nəfər cəlb ediləcək.
Bununla belə, hətta uğurla nəticələnsə belə, sınaqların nəticələrini iki il gözləmək lazım gələcək.
www.yenicag.az