!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xəyyam Mirzəzadə ilə vida mərasimi keçirilir

!Reklam – Yazi

“O, Azərbaycanın canlı tarixçəsi idi”.

Yenicag.az-ın məlumatına görə, bunu Bakı Musiqi Akademiyasında Xəyyam Mirzəzadə ilə keçirilən vida mərasimində mərhumun oğlu, Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi Pərvin Mirzəzadə bildirib.

Onun sözlərinə görə, atası çox mürəkkəb insan olub: “Onun hər zaman əsas məqsədi və istəyi dövlətə layiqincə qulluq etmək olub. Dövlət işçisi olmasa da, onun hər biri əsəri xaricdə geniş təbliğ olunurdu. Ola bilərdi ki, o bəzən kiməsə bir az kobud insan kimi görünərdi. Lakin o çox qeyri-adi istedad idi. Hər zaman sevdiklərinə hörmətlə yanaşırdı. Onun mənə qalan yadigarı əsərləri oldu. Son illər xəstəliyinə görə gəzə bilmirdi. Amma ölkədə baş verənləri diqqətlə izləyirdi. Ona dövlət tərəfindən daim diqqət və qayğı göstərilib. Bunu həmişə də hiss edirdi. Xəstəliyi ilə bağlı kimsəyə nəsə deməyimizi istəmirdi. Çünki kimisə narahat etməyi xoşlamırdı. Xəstə olanda belə daim yeni əsərlər yaradırdı. O, Azərbaycanın canlı tarixçəsidir”./Report/

***

Azərbaycanın xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli bəstəkar Xəyyam Mirzəzadə ilə vida mərasimi keçirilir.

Yenicag.az-ın məlumatına görə, Bakı Musiqi Akademiyasında keçirilən vida mərasimində mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, bəstəkarın ailə üzvləri iştirak edirlər.

Qeyd edək ki, uzun müddət xəstəlikdən əziyyət çəkən X. Mirzəzadə dünən öz evində vəfat edib.

Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən orada çalışıb.

Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunur. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələyib./APA/

COP29

www.yenicag.az

5318
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv