“Xəzər Lənkəran”da bir ayrılıq daha
“Xəzər Lənkəran”da daha bir ayrılıq gerçəkləşib.
Ötən gün istefa verib, vətəni Türkiyəyə gedən baş məşqçi Oğuz Çətindən sonra cənub klubunun futbolçusu Elnur Abdullayev də komanda ilə yollarını ayırıb.
Vitse-kapitan bu gün klub rəhbərliyi ilə görüşüb və komandadan gedib. “Xəzər Lənkəran”da gəncləşdirmə siyasəti aparıldığından rəhbərlik ona “ağ-yaşıllar”da qalması üçün yeni təklif etməyib.
Qeyd edək ki, Elnur Abdullayev 2011-ci ildən “Xəzər Lənkəran”da çıxış edib.
(apasport.az)