Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Qarabağ FC

Xəzər TV-də böyüyən PUL QALMAQALI: “Versin məhkəməyə”

“Haqqımda dediyi iddialara faktla sübut gətirsin. Kimisə ləkələmək, şər atmaq bu qədər asandır? Hüquqi dövlətdə yaşayırıq, faktı varsa, buyursun məhkəməyə müraciət etsin”.

Bunu Yenicag.az-a aıçqlamasında Xəzər TV-də Xəyalə Quliyevanın aparıcılığı ilə yayımlanan “Bir gün sizdə, bir gün bizdə” proqramınıın layihə rəhbəri Cövdət Şükürov ona qarşı haqsızlıq olunduğunu iddia edən aktrisa Cəmilə Tağızadəyə cavab olaraq deyib.

Layihə rəhbəri qarşı tərəfin iddialarını qəbul etməyib:

“O, qalib olmadığı verilişdən necə pul istəyə bilər? Bu, xulinaqlıq və şantaj deyil? Gəlib verilişdə iştirak edib, bərbad yemək bişirib və məğlub olub. Bunu onunla bərabər verilişə gələn dostları və həmkarları da təsdiqləyə bilər. Bizim veriliş şəffaf verilişdir və heç kimə pul vermirik. Yarışmaq istəyən gəlib yarışır.

Bir nəfər çıxıb deyə bilməz ki, bu verilişdə saxtakarlıq var. Kimə neçə bal verilir, hamısı açıq şəkildə göstərilir. Bu xanım Türkiyədən gəlib, sadəcə ucuz reklama ehtiyacı var. Boşboğazlıq etməsin, getsin reklamını başqa yerdə qursun”.

Qeyd edək ki, Cəmilə saytımıza açıqlamasında Xəzər TV-də ona qarşı saxtakarlıq olunduğunu iddia edib:

“Məni verilişdə qalib edəcəklərini və 200 manat mükafat veriləcəyini dedilər. Amma pul verilmədi. Özləri kimi istəyirlər, onu da qalib edirlər. 200 manat mükafatım və 5 gün üçün 100 manat daxil olmaqla 500 manatımı da gətirib versinlər”.

Cəvahir

www.yenicag.az

498
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100