Xəzərdə 3 nəfər itkin düşüb
Xəzər dənizində üç nəfər itkin düşüb.
Oktyabrın 22-də Bakı şəhər sakini Şamil Yolçuyev, Xaçmaz rayon sakinləri Yusif Mahmudov və Elman Qayıbxanov qayıqda Nardaran qəsəbəsindən Xəzər dənizinə çıxıblar və geri qayıtmayıblar.
Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən axtarış tədbirləri həyata keçirilir.