Xəzərə tullantı sularının axıdılması ilə bağlı araşdırma aparıldı

media-hightechnic-468x90

Bilgəh qəsəbəsi ərazisindən çirkab suların Xəzər dənizinə axıdılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb.

İdarə rəisi Nazim Mahmudov Yenicag.az-a bildirib ki, axardan götürülmüş su nümunəsi üzərində aparılan laborator təhlillərin nəticəsinə görə, ərazidə formalaşan çirkab suların məişət-fekal tərkibli olduğu müəyyən olunub.

N.Mahmudov qeyd edib ki, monitorinq zamanı ərazidəki drenaj kollektora müxtəlif yerlərdən qoşulmaların olduğu və formalaşan çirkab suların təmizlənmədən dənizə axıdıldığı aşkarlanıb: “Tullantı sularının Xəzərə axıdılmasının qarşısı alınaraq “Azsu Ekoloji Qurğu” MMC-nin balansında olan çirkab sutəmizləyici qurğuya yönəldilib. Ərazinin nəzarətdə saxlanılması üçün aidiyyəti qurumlara müraciət olunub”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600