!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Xəzəri millətimizin üzünə açmaq lazımdır” – Sabir Rüstəmxanlı

!Reklam – Yazi

“Bu ada turizm mərkəzi ola biləcək potensiala sahibdir”.

Yenicag.az xəbər verir ki, bunu “Turizm növləri” adlı kitabın təqdimat mərasimində çıxış edən Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin sabiq deputatı, Xalq şairi Sabir Rüstəmxanlı deyib.

Onun sözlərinə görə, bu gün ölkəmizdə inkişaf etdirilməli olan əsas turizm sahəsi dənizlə bağlı olmalıdır.

“Dünyanın ən böyük gölü olan Xəzərin sahilində yaşayırıq. Ancaq sanki dənizlə heç bir əlaqəmiz yoxdur. Xəzəri millətimizin üzünə açmaq lazımdır. Dəniz turizmi mütləq inkişaf etdirilməlidir. Misal üçün Nargin adası. Bu ada turizm mərkəzi ola biləcək potensiala sahibdir. Turist axını üçün mütləq Xəzərin Azərbaycan sahillərində dəniz turizmini inkişaf etdirəcək lazımi işlər görülməlidir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

201
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv