!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

XİN - Bu, digər ölkələrin qanunlarını pozmağa əsas vermir

!Reklam – Yazi

Parlamentin üzvü olmaq digər ölkələrin qanunlarını pozmağa əsas vermir.

Yenicag.az xəbər verir ki, bu barədə “Trend”ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Almaniya deputatının Azərbaycan tərəfdən işğal edilmiş ərazilərimizə səfər niyyəti məsələsinə münasibət bildirərkən deyib.

H.Hacıyev bildirib ki, almaniyalı deputat Azərbaycanın işğal olunmuş ərazilərinə qoşunların təmas xəttinin Azərbaycan hissəsindən də səfər etmək niyyətindədirsə, üzrxahlıq məktubu ilə müraciət etməli, Azərbaycanın qanunlarına, ərazi bütövlüyü və suverenliyinə hörmətini ifadə etməlidir:

“Qanunverici orqanının nümayəndəsi kimi o, BMT üzv dövlətlərinin qanunlarına hörmət etməlidir. Parlamentin üzvü olmaq digər ölkələrin qanunlarını pozmaq üçün heç kimə əsas vermir. Hər kəs bilməlidir ki, bu kimi qanunsuz səfərlər Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimin təşviqinə xidmət edir və münaqişənin beynəlxalq hüquqa uyğun olaraq sülh yolu ilə həllinə maneə olur”.

XİN rəsmisi qeyd edib ki, sözügedən millət vəkili tərəfindən bütün BMT üzv dövlətlərində identik olan qanunların pozulması və sonra da buna bəraət qazandırılması cəhdi böyük səhvdir:

“Bu kimi provokativ addımların qəsdən atılaraq uğursuz şəkildə Azərbaycan və Almaniya arasında əlaqələrin inkişafına xələl gətirmək niyyəti güdməsi də istisna edilməməlidir. Şübhə doğuran məqam ondan ibarətdir ki, Azərbaycanın Almaniyadakı səfirliyi dəfələrlə yazılı formada Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər və onun doğurduğu mənfi fəsadlar barədə xəbərdarlıq edib. Hər bir halda Azərbaycanın qanunlarını pozduğu üçün bu şəxsin adı “arzuolunmaz şəxslər” siyasına daxil edilib”.

COP29

www.yenicag.az

3943
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv