XİN sözçüsü: “İndiyədək Türkiyədən Azərbaycana 205 vətəndaşımız təxliyə olunub”

media-hightechnic-468x90

“Zəlzələ baş verən gündən indiyədək Türkiyədən Azərbaycana 205 nəfər vətəndaşımız təxliyə olunub”.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O bildirib ki, təxliyə prosesi avtobuslarla həyata keçirilir: “Hər şəhərdə səfirliyimizin nümayəndələri var. Səfirliyin veb-saytındakı nömrələrlə əlaqə saxlamaqla Türkiyədən təxliyə olunmaq mümkündür. Bundan başqa, şəhərlərdə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təmsilçiləri də var. Vətəndaşlarımız onlara müraciət etməklə də təxliyə oluna bilərlər”.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Son məlumatlara görə, nəticədə 7 108 nəfər ölüb, 40 910 nəfər yaralanıb.

Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.

Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05