!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xırdalanı it basdı - Təhlükəli durum FOTO

!Reklam – Yazi

Abşeron rayonu, Xırdalan şəhərində sürü şəkilində dolaşan sahibsiz itlər sakinlər arasında təşviş yaradır.

Yenicag.az xəbər verir ki, bu barədə “BakuPost”a məlumat verən Xırdalan sakinlərinin sözlərinə görə, şəhərin ən gur yerlərində – 28 və 26-cı məhəllələrində sahibsiz heyvan sürülərinə rast gəlinir. Buna görə də gecələr səslərindən yata bilməmək bir yana, gündüzlər evdən çıxmaq da çox təhlükəli hesab olunur:

“Sakinlər təşviş içindədir. Gecələr bu məhəllələr ümumiyyətlə, dəhşətə çevrilir. Qaranlıqda itlərin görmürsən, elə ki maşından, avtobusdan düşürsən, bir-iki addım atırsan, itlərin hücumuna məruz qalırsan. Adam özünü PKK terrorçularının əhatəsinə düşmüş kimi hiss eləyir. Neçə dəfə olub ki, bu ac heyvanlar qocalara, qadınlar, uşaqlara hücum ediblər. Xoşbəxtlikdən başqa adamların köməyi ilə onları xəsarətsiz xilas etmək mümkün olub. Amma heç kim zəmanət vermir ki, sabah bir bədbəxt hadisə baş verməyəcək. Nəzərə almaq lazımdır ki, bu ərazilərdə iki-üç orta məktəb, doğum evi, polikilinka və bazar fəaliyyət göstərir. Sahibsiz heyvanlar təkcə küçələrə çıxan insanlara problem yaratmır, həm də insanları evlərinin içində də narahat edir. Səhərə kimi hürürlər, heç kim yata bilmir. Bir gün gəlib baxmaq lazımdır. Gecələr bilmək olmur bura cəngəllikdir, yoxsa şəhər?”

Xırdalan əhalisi mövcud problemlə bağlı aidiyyəti qurumlara müraciət edib. Aldıqları cavablar isə xeyli maraqlıdır:

“Bir qurum deyir ki, guya Bakıdan sahibsiz itləri yığıb gətirib Abşerona tökürlər, ona görə də belə çoxalır.

Digəri deyir, bizim itləri vuran təşkilatımız yoxdur. Ona görə Bakıdakı aidiyyəti quruma müraciət etməliyik, pul köçürməliyik, onlar da gəlib vurmalıdır.

Amma buna da pulumuz yoxdur.

O biri də deyir ki, bunları güllələmək olmaz, yığıb aparıb harasa tökmək lazımdır.

Bu tip bəhanələrlə itlər də ortalıqda beləcə gəzişir. Abşeron Azərbaycanın 4-cü ən böyük şəhəridir. Şəhər rəhbərliyi sahibsiz, dördayaqlı dilsiz-ağızsız canlı problemini həll edə bilmirlərsə, digər problemləri necə həll edə bilərlər ki?”

Şikayətçilər bildirib ki, şəhər rəhbərliyi dördayaqlı məxluqların qeydinə daha çox qalır, nəinki ikiayaqlı sakinlərinin.

Məsələ ilə bağlı BakuPost-a açıqlama verən Abşeron rayon İcra Hakimiyyətinin rəsmisi Seymur Qasımov deyib ki, sakinlərdən onlara belə müraciət daxil olmayıb: “Bizə müraciət etsəydilər, biz də aidiyyəti qurumlara tapşırardıq, problem həll olunardı. Bizə başqa məhəllələrdən də müraciətlər ara-sıra gəlir, biz də müvafiq qurumlara tapşırırıq, dərhal yığışdırılır. İndi siz dediniz, biz də tez bir zamanda bunun həll olunmasına çalışacağıq.

Biz itlərin vurulmasını həyata keçirmirik. Çünki bu, cəmiyyətdə müsbət qarşılanmır. Bu səbəbdən sahibsiz itlər yaşayış olan məhəllələrdən yığılıb digər yerə aparılır.

Bakıdan sahibsiz itlərin yığılıb Abşerona gətirilib tökülməsi isə əsassız iddiadır. Biz belə faktla qarşılaşmamışıq”.

COP29

www.yenicag.az

1618
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv