Xızıda 102 ədəd partlamamış hərbi sursat aşkarlanıb

media-hightechnic-468x90

Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar təcili təxirəsalınmaz əməliyyat barədə gündəlik operativ məlumat yayıb.

ANAMA-dan Yenicag.az-a verilən məlumata görə, noyabrın 26-da yerli fermer tərəfindən daxil olmuş zəngə əsasən Giləzi qəsəbəsi ərazisində 1 ferma ərazisinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 102 ədəd partlamamış hərbi sursat (PHS), 89 ədəd partlamış-yanmış mərmi qalıqları və 219 kq yandırma məhsulu aşkar edilərək götürülüb.

Nəticə etibarilə 122 300 kv.m (12.23 ha) ərazi yoxlanılıb.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600