!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar İstanbulda konfrans keçirildi - FOTOLAR

!Reklam – Yazi

Konfransda “Erməni zindanında səkkiz gün” kitabının müəllifi Dürdanə Ağayeva da iştirak edib.

Yeniçağ.Az xəbər verir ki, Türk Dünyası Araşdırmaları Vəqfi Süleymaniyə tərəfindən təşkil edilən “25 ilində Xocalı sıyqırımı və erməni yalanları” adlı iclasda çıxış etmək üçün sıyqırımın şahidi Dürdanə Ağayeva, Yeniçağ.Az Analitik internet qəzetinin baş redaktoru, araşdırmaçı-yazar Aqil Ələsgər və dr.Telman Nüsrətoğlu da iştirak ediblər. “Erməni zindanında səkkiz gün” kitabının müəllifi Dürdanə Ağayeva 26 fevral 1992-ci ildə ermənilərə əsir düşdüyü zaman yaşadığı zülümlərdən danışarkən bütün salon kədərli anlar yaşayıb. “Erməni məsələsi”nin dünəni və bu günü ilə bağlı iştirakçılara geniş məlumat verən dr. Telman Nüsrətoğlu, problemin imperialist dövlətlərin planlarından kənar həllini tapmayacağını qeyd edib.

Araşdırmaçı-yazar Aqil Ələsgər isə çıxışında Xocalı soyqırımının təqsirkarlarının tezliklə beynəlxalq cəza məhkəmələrinin qarşısına çıxarılmasının vacib olduğunu vurğulayıb:

“İllər keçir, Allah hamıya uzun ömür versin, amma təəssüf ki, Xocalı soyqırımının zərərçəkənləri də aramızdan ayrılır. Çox istərdik ki, bu soyqırımı törədənlər də cəzalarını almadan gəbərib getməsinlər, onları beynəlxalq cəza məhkəmələrinin qarşısına çıxartmaq üçün vaxt itirmədən effektiv fəaliyyətə başlamalıyıq.”
Konfransın sonunda çıxış edənlər iştirakçıların suallarını cavablandırıblar.

Yeniçağ.Az

www.yenicag.az

701
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv