“Əziz əjdaha, arzularımı həyata keçirməsən, sən yox, mən od püskürəcəm”.
Bu sözləri qarşıdan gələn “əjdaha ili”ndən gözləntilərini bölüşən aktrisa Xuraman Nicat Yenicag.az-a açıqlamasında deyib.
“Dovşan”ın məyus etdiyi aktrisa bütün ümidlərini “əjdaha”ya bağladığını deyib və ona qabaqcadan xəbərdarlıq da edib:
“Dovşan ili” məni həm məyus etdi, həm də etmədi. Uzun illər həsrətini çəkdiyimiz bir arzumuz var idi, o həyata keçdi. Buna görə dovşana təşəkkür edirəm. Amma daha çox məyus oldum.
Çünki arzularım vardı, onların bu il reallaşmasını daha çox gözləyirdim. Amma təəssüf ki, “dovşan” məni xəyal qırıqlığına uğratdı. Adından da göründüyü kimi, sakit, hər deyilənə boyun əyən, qorxaq, ürkək, sözünü deyə bilməyən, düşüncəsini aydın şəkildə ifadə etməyi bacarmayan dovşanın zəifliyi insanlara da təsir etdi.
Mənim xarakterimdə zəiflik olmadığına görə tam da təsir etmədi. Lakin əjdahaya ümidlərim böyükdür. Odur ki bəribaşdan deyirəm, “əjdaha” müəllim, adınızın haqqını verin. Çünki ən böyük arzularım bu il həyata keçəcək, buna inanıram.
Baryerləri aşıb, ailə qurmaq niyyətindəyəm. Bu il ailə səadətini mənə verməsə, əjdahanın adını dəyişib dovşan qoyacam. Çünki əjdaha gərək əjdaha kimi bir il yaşatsın.
Əjdaha güc, qüdrət, cəsurluq rəmzidir. Necə ki bu zamana qədər güclü olmuşam, yenə də güclü olub, sözümü birbaşa insanların üzünə demişəm, deyəcəm də… Buradan sənə səslənirəm, əziz əjdaha, arzularımı həyata keçirməsən, sən yox, mən od püskürəcəm. İndi özün bax, qərar ver”.
Cəvahir
www.yenicag.az