XXV Qış Olimpiya Oyunları: Azərbaycan təmsilçisi bu gün mübarizəyə qoşulur

media-hightechnic-468x90

İtaliyanın Milan və Kortina-d’Ampetso şəhərlərində təşkil olunan XXV Qış Olimpiya Oyunlarında bu gün Azərbaycan təmsilçisi Anastasiya Papatoma mübarizəyə qoşulacaq.

media-banner_tuq
Yenicag.az xəbər verir ki, dağ xizəkçisi slalom növündə qüvvəsini sınayacaq.
Yarışlar İtaliyanın məşhur dağ-xizək mərkəzi olan Kortina-d’Ampetsoda keçiriləcək.
Bu gün həmçinin daha bir neçə idman növü üzrə yarışlar baş tutacaq.
Medal sıralamasında Norveç birinci pillədə qərarlaşıb. Skandinaviya ölkəsi indiyədək 31 (14 qızıl, 8 gümüş, 9 bürünc) mükafat qazanıb. İtaliya (9 qızıl, 4 gümüş, 11 bürünc) ikinci, ABŞ (6 qızıl, 10 gümüş, 5 bürünc) üçüncüdür.
Xatırladaq ki, daha əvvəl Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev qısa proqramda 29 idmançının mübarizəsində 63,63 xalla sonuncu yeri tutub və mübarizəni dayandırıb.
XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.
media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05