Yağış havanın keyfiyyətinə müsbət təsir etdi

media-hightechnic-468x90

Gün ərzində Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə havanın keyfiyyət göstəriciləri sanitar norma daxilində olub.

Bu barədə Yenicag.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

Stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən gün ərzində Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə hava keyfiyyət göstəriciləri sanitar norma daxilində müəyyən edilib.

Yağıntılı hava şəraiti havanın keyfiyyətinə öz müsbət təsirini göstərərək əlverişli edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600