Noyabrın 3-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq.
Səhər yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.
ETSN-dən Yenicag.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 7-10° isti, gündüz 15-18° isti, Bakıda gecə 8-10°, gündüz 15-17° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 75-85 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq.
Qərb küləyi arabir güclənəcək.
Havanın temperaturunun gecə 5-10°, gündüz 15-19° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.
www.yenicag.az