Bakıya və Abşeron yarımadasına intensiv yağan yağışlar yenidən biabırçı mənzərəyə səbəb olub.
Yenicag.az xəbər verir ki, avtomobil yollarının gölə dönməsi sürücülərə çətin anlar yaşadıb.
Yaranan mənzərə bir daha göstərdi ki, istər paytaxtımız, istərsə də Bakıətrafı ərazilər təbiətin şıltaqlığına hazır deyil.
Baxmayaraq ki, Bakı meri Hacıbala Abutalıbov bir müddət öncə mətbuata verdiyi açıqlamada intensiv yağan yağışlardan sonra paytaxt küçələrinin Venetsiyanı xatırlatmayacağını bildirmişdi.
Ancaq reallıq tamam fərqli düşünməyimizə əsas verir. Yeni yollar çəkilsə də, nə drenaj, nə də kanalizasiya sistemi mövcud problemi aradan qaldıracaq səviyyədə deyil.
Bu isə problemlərin həlli üçün dövlət tərəfindən ayrılan vəsaitlərin aidiyyatı üzrə xərclənmədiyinin isbatıdır.
Emin Səfərov
www.yenicag.az