Yalan danışan uşaqlar

media-hightechnic-468x90

cocuk_yalan_71_83b16df820263f0c70b3827a7450f82a Yalan dediyi üçün cəzalandırılan uşaqların daha çox yalan danışdığı ortaya çıxıb.
Kanadadakı McGill universitetinin elm adamları araşdırma aparıb. 4-8 yaşında 372 uşağın qatıldığı araşdırma zamanı “düz danışmasan, bir həftə sənə kompüter yoxdur”, – kimi cəzaların uşaqların yalan deməsini əngəlləmədiyi ortaya çıxıb.

Cəza alacağını zənn edənlər daha çox yalan danışıb.

Masanın üzərinə bir oyuncaq qoyulub və uşaqlardan 1 dəqiqə ona baxmaları istənilib. Kamerayla izlənilən uşaqların yüzdə 66-sı “ Oyuncağa baxdınmı?” sualına “yox“ deyərək yalan danışıb. Oyuncağa baxdıqları təqdirdə cəzalandırılacaqları deyildiyində uşaqların daha çox yalan dediyi ortaya çıxıb.

(ailəm.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600