Azərbaycanın Gürcüstandakı səfirliyinin binası qarşısında Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı ölənlər anılır.
Tiflis şəhər sakinləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, Ukrayna, Rusiya, Litva və digər ölkələrdən gələn insanlar ölənlərin ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına başsağlığı verir, onların kədər və acılarına şərik olduqlarını bildirirlər.
Bu gün səhər saatlarından etibarən səfirlik binasının qarşısından keçən insanlar faciə qurbanlarını ehtiramla anaraq səkiyə gül-çiçək dəstələri və uşaq oyuncaqları qoyurlar.
www.yenicag.az