Yanğında həlak olanlar Moldovada anıldı
Azərbaycanın Moldovadakı səfirliyinin binası qarşısında Bakıda yaşayış binasında yanğın zamanı həlak olanların xatirəsi anılıb.
Yenicag.az apa-ya istinadən xəbər verir ki, anım mərasimində yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Onların arasında Moldovanın Azərbaycandakı keçmiş səfiri İon Robu, Moldova parlamentinin sabiq ombudsmanı, Moldova İctimai Palatasının rəhbəri Aurelia Qriqoriu, mədəniyyət xadimləri və digərləri olub.
Anım mərasiminə qatılan şəxslər Azərbaycan səfirinə başsağlığı veriblər.