YAP bələdiyyə seçkilərinə ciddi hazırlaşır

media-hightechnic-468x90

14142334204594216973_600x400Yeni Azərbaycan Partiyasının regional inkişaf və yerli özünüidarə komissiyasının oktyabrın 25-də keçirilən iclasında qarşıdakı bələdiyyə seçkilərinə hazırlıq işləri müzakirə olunub.

Komissiyanın sədri, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bələdiyyə seçkiləri kampaniyasına artıq rəsmən start verildiyini bildirib. Seçkilərin dekabrın 23-də keçiriləcəyini deyən komissiya sədri YAP-ın bu seçkilərə ciddi şəkildə hazırlaşdığını diqqətə çatdırıb.

Komissiyanın sədr müavini, YAP Siyasi Şurasının üzvü Əlibaba Əliyev məsələ ilə bağlı məruzə edib. Ölkəmizdə bələdiyyələrin inkişaf yolunda olduğunu deyən Ə.Əliyev dövlətimizin yerli özünüidarə orqanlarının fəaliyyətinə lazımi dəstək verdiyini vurğulayıb. O, iclas iştirakçılarına YAP-ın seçkilərə hazırlıqla bağlı gördüyü işlər haqqında məlumat verib.

İclasda komissiya üzvlərindən Şahin Məmmədov, Vaqif Abdullayev və Tahir Budaqov, Milli Məclisin regional məsələlər komitəsinin üzvləri Tahir Rzayev, Rüstəm Xəlilov və Azər Badamov, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin direktoru Mehdi Səlimzadə və başqaları çıxış ediblər. Çıxışlarda seçkilərlə bağlı əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsinin zəruriliyi qeyd olunub.

Komissiya üzvləri gündəlikdəki məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. (azertag.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600