Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib.
Yenicag.az namizədlər siyahısında yer almayan bir qrup deputatın adını əldə edib.
Həmin deputatlar Elnur Allahverdiyev, Cavid Osmanov, Əliabbas Salahzadə, İqbal Məmmədov, Elşad Mirbəşirli, Mahir Abbaszadədir.
Qeyd edək ki, sözügedən siyahıda Vasif Talıbov, İsa Həbibbəyli, Oqtay Əsədovun da adı yoxdur.
Həmçinin namizədliyi irəli sürülməyən bəzi deputatların adları bəlli olub. Onların arasında Vasif Talıbov, İsa Həbibbəyli var.
YAP 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən yenidən İmamverdi İsmayılovun namizədliyini irəli sürüb.
Bundan başqa, Cavanşir Paşazadənin 76 saylı Lənkəran-Masallı, Məşhur Məmmədovun isə 75 saylı Yardımlı-Masallı seçki dairəsindən namizədliyi təklif edilib.
*
Əldə etdiyimiz digər məlumata görə, 6-cı çağırış deputatlardan Tahir Mirkişili, Hicran Hüseynova, Eldar İbrahimov, Ağalar Vəliyevin də namizədliyi irəli sürülüb.
*
VI çağırış parlamentinin deputatı Məlahət İbrahimqızı 21 saylı Nəsimi birinci seçki dairəsi üzrə namizəd olub.
*
VI çağırış parlamentinin deputatı, tanınmış həkim Rəşad Mahmudovun namizədliyi 77 saylı Astara seçki dairəsindən irəli sürülüb.
Qeyd edək ki, bu gün ərzində YAP-ın siyahısının açıqlanacağı gözlənilir.
www.yenicag.az