!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

YAP-ın siyahısında yeni NAMİZƏDLƏR – Bu deputatları əvəz elədilər – ADLAR

!Reklam – Yazi

 

Milli Məclisə seçkilər ərəfəsində bir çox partiyalar seçki ilə bağlı artıq yekun siyahılarını tərtib etməyə başlayıblar.

Qeyd edək ki, bu gün hakim Yeni Azərbaycan Partiyası da deputatlığa namizədlərin siyahısını artıq təqdim edib. Siyahıya baxanda, qocaman millət vəkillərinin yenidən namizəd olması ilə yanaşı, bir neçə şəxsin dəyişdirilməsi məsələsi də gözə çarpır.

Yenicag.az sələflərinin dairəsindən namizədliyini verən YAP-çıların siyahısını təqdim edir.

2020-ci il seçkilərində Naxçıvandan deputat olan Vasif Talıbov və İsa Həbibbəyli bu il YAP-ın namizədlər siyahısında yer almayıb. Onların dairəsindən müvafiq olaraq, Asiman Babayev və Vüqar Rəhimzadənin namizədliyi verilib.

Namizədliyi verilməyən YAP-çı Rauf Əliyevin yerinə isə Vüsalə Rəsulova mübarizə aparacaq.

YAP sabiq deputat Elnur Allahverdiyevin yerinə isə bu il Zaman Məmmədovun adını siyahıya salıb.

YAP-ın 4 il öncəki siyahısında yer alan Sədaqət Vəliyevanın yerinə isə Əli Əhmədov namizədliyini irəli sürüb.

Əliabbas Salahzadənin də adı builki siyahıda yoxdur. Onun yerinə YAP-dan Səbinə Qasımovanın namizədliyi verilib.

Emin Hacıyevin yerinə isə Mehriban Vəliyeva bu il hakim partiyanın siyahısında yer alıb.
YAP sabiq spiker Oqtay Əsədovun da bu il deputatlığa namizədliyi verməyib. Onun yerinə YAP-dan Nigar Məmmədova yer alıb.

Cavid Osmanov da YAP-da ulduzu parıldamayanlardan oldu. Bu il onun yerinə seçkilərdə Anar Şahmuradov mübarizə aparacaq.

Anar Məmmədovun da builki siyahıda adı yoxdur. YAP-dan Bədəl Bədəlov onun yerinə namizədliyini verib.

Elşad Mirbəşiroğlunun yerində isə Kamran Bayramov builki siyahıda yer alıb.

Nizami Səfərovun yerinə isə Mübariz Qurbanlı deputatlıq mandatı uğrunda şansını sınayacaq.

Akademik Nizami Cəfərovun yerinə isə Gülgün Kərimov mübarizə aparacaq.

Daha sonra, müvafiq olaraq, Kamilə Əliyevanın yerinə Vüsalə Mahmudova, Aqiyə Naxçıvanlının yerinə Eyvaz Qurbanov, Mahir Abbaszadənin yerinə Rövşən Muradov, Elman Məmmədovun yerinə isə Leyla Babışova YAP-dan seçkilərdə deputatlıq mandatı uğrunda mübarizə aparacaqlar.

COP29

www.yenicag.az

764
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv