!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

YAP seçki taktikasını dəyişdi – Bu deputatlar niyə siyahıda yer almadı? – SƏBƏBLƏR

!Reklam – Yazi

 

“Bəzi deputatlar aktiv olmadığı üçün onların namizədliyi irəli sürülmür, ya da daha yaxşı və potensiallı namizədlər irəli sürülür”.

Bunu Yenicag.az-a açıqlamasında YAP-ın parlament üçün yeni siyahısında bəzi deputatların adlarının olmamasının səbəbi ilə bağlı fikirlərini bölüşən VI çağırış Milli Məclis deputatı Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası tərəfindən bütün deputatların fəaliyyəti mütəmadi olaraq monitorinq edilir. Birinci növbədə siyahıda bəzi adların olmaması bununla əlaqəlidir.

“İkinci olaraq səbəb isə bəzi deputatların başqa vəzifələrə göndərilməsi, yaxud digər sahələrdə daha faydalı olması ilə bağlıdır. Bu amillər nəzərə alınaraq həmin şəxslərin digər sahələrə yönləndirməsi hədəflənir. Bəzən isə bəzi deputatlar aktiv olmadığı üçün onların namizədliyi irəli sürülmür, ya da daha yaxşı və potensiallı namizədlər irəli sürülür. Xüsusilə gənclərin çoxluğunu qeyd etmək mütləqdir.

Daha öncəki parlament seçkilərinə nəzər yetirsək, YAP-ın siyahılarında bu cür dəyişikliklərin olduğu aydın görünür. Bu da dünyanın hər bir yerində normal hadisədir. Açıqlanmış siyahı üzrə YAP bu seçkilərdə uğur qazanacaq və növbəti qələbəsini qeyd edəcək”, – deyə deputat bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

541
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv