Sirr deyil ki, xarici ölkələrdə uşaq təlim-tərbiyəsi bizdən çox fərqlənir. Bəzi ölkələrin tərbiyə metodunu öyrənmək və öz uşaqlarınıza tətbiq etmək heç də ayıb deyil. Onların ən qeyri-adiləri ilə tanış olmağa dəyər.
Yenicag.az oxucuları İspaniya, Yaponiya, Almaniya və digər ölkələrin təlim-tərbiyəsi ilə tanış edir:
İspaniya: Uşaqlar gecəyarıyadək valideynləri ilə restoranlarda otururlar
İspanlar hesab edirlər ki, balacalar gecəyarı yatmalıdır. Onlar axşam saat 19:00 olan kimi uşağı yatırtmağa çalışmır, özü ilə birlikdə ailəvi məclis və restoranlara aparırlar. Demək olmaz ki, bu, çox yaxşı ideyadır, lakin ispan ana və ataları yaxşı bilir ki, öz övladlarına necə tərbiyə vermək lazımdır.
Almaniya: Kəskin mətbəx alətlərini uşaqlardan gizlətmirlər
5 yaşlı uşağın mətbəxdə əsl bıçaq ilə xiyarları bacarıqla doğraması Alman ailələri üçün qeyri-adi hal deyil. Almaniyada analar hesab edir ki, uşaq gündəlik həyata nə qədər tez alışsa, onun üçün bir o qədər yaxşı olacaq. Ancaq bizdə uşaqlardan yalnız bıçaqları deyil, digər potensial təhlükəli alətləri də gizlədirlər. Əslində çox düz edirlər.
Hollandiya: Uşaqlara daha çox sərbəstlik verilir
Holland uşaqları ev tapşırığının nə olduğunu bilmir. Onlar “ortaq inkişaf üçün” ardıcıl olaraq 10 dairə vurmur və həqiqətən də uşaqlığını yaşayırlar. Hollandiyada uşaqlar elm öyrənməyə daha yuxarı yaşlarda başlayır və dərsliklərə daha çox vaxt sərf edirlər. Odur ki, hollandiyalı uşaqlar “dünyanın ən xoşbəxt sakinları” kimi tanınır.
Yaponiya: Yeddi yaşlı uşaqlar metrodan istifadə edir
Yolda bir neçə nəqliyyat dəyişsə də, yapon uşaqlarına metrodan istifadə etməyə icazə verilir. Yaponlar müstəqil şəxsiyyətləri yetişdirir. Bu da səbəbsiz deyil, Yaponiya uşaqlar üçün dünyanın ən təhlükəsiz ölkəsi sayılır. Aydın məsələdir ki, ölkəmizdə valideynlər uşaqlarına bu cür azadlıq verməyə hazır deyil.
İsveç: Uşaqların fikirləri ciddi qəbul edilir
Bu ölkədə cismani cəza çoxdan qadağan edilib. İsveçdə valideynlərin və uşaqların bərabərliyi eynidir, odur ki, uşağın rəyi ciddi qəbul edilir. İsveçdə heç bir ana uşağına demir ki, “Sən başa düşməzsən, hələ balacasan”.
ABŞ: Uşaqlar ataları ilə daha çox vaxt keçirirlər
Ştatlarda uşaqlar ataları ilə vaxt keçirməyi sevirlər. Atalar oyun meydançasında uşaqları ilə gəzir, pazl yığır, oyuncaq avtomobil yarışları təşkil edir, məzəli hekayələr söyləyir və s. əyləncəli oyunlar qururlar. Amerikalı atalar ictimaiyyətdə başqalarının necə reaksiyasına məhəl qoymadan uşağı güldürmək üçün müxəlif zarafatlar edir. Bəli, amerikalı ataları ideal adlandırmaq olar.
Cənubi Koreya: Uşaqlara ictimaiyyətdə özünü düzgün aparmağı öyrədirlər
Koreyalı valideynlər uşaqlarını elə tərbiyə edir ki, onlar başqalarının fikirlərinə hörmətlə yanaşır və ictimai yerlərdə isteriya yaratmırlar. Başqalarına hörmət koreyalı uşaqların öyrənməli olduğu ilk işdir. /publika.az/
www.yenicag.az