Yaponiya bu ölkədəki səfirliyini bağladı

media-hightechnic-468x90

83887Yaponiya Yəmənin paytaxtı Sənadakı səfirliyinin fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Yenicag.az anspress-ə istinadən bildirir ki, Yaponiya bunu təhlükəsizlik məsələləri ilə əlaqələndirib. Bu haqda ölkənin Xarici İşlər Nazirliyindən məlumat yayılıb.

Məlumata görə, səfir Katsuyösi Xayasi və daha 4 diplomat artıq ölkəni tərk ediblər. Diplomatik idarənin əməkdaşlarının bir qismi Qətərin paytaxtı Dohada öz fəaliyyətlərini davam etdirəcəklər.

Qeyd edək ki, indiyədək Yəməndə artıq bir neçə ölkə öz səfirliyini bağlayıb. Bunlar Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Fransa, İtaliya, Niderland və Amerika Birləşmiş Ştatlarıdır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600