Yaponiyadan sosialist ölkəsinə dəstək

media-hightechnic-468x90

a8f4edcf29b23c24ad02536cb3aba816Yaponiya Kuba lideri Raul Kastronun keçirəcəyi iqtisadi islahatlara maliyyə dəstəyi göstərəcək. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Noticias Martí məlumat yayıb.

Müvafiq bəyanatla Havanada səfərdə olan Yaponiyanın XİN rəhbəri Fumio Kisido bildirib.

“Kubanın islahatlar sahəsində səylərini dəstəkləmək üçün, biz, ilk növbədə, maliyyə yardımı da daxil olmaqla yeni əməkdaşlıq sxemi yaradacağıq”, deyə yaponiyalı nazir bildirib.

“İkincisi, biz biznes sahəsindəki iqtisadi əlaqələri bundan sonra daha da möhkəmləndirmək niyyətindəyik”, deyə Fumio Kisido əlavə edib.

Qeyd edək ki, Böyük Britaniya da bundan əvvəl Kuba layihələrinə 400 mln dollar sərmayə yatırmaq niyyətində olduğunu aşıqlayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600