Yaponiyada “Prapirun” qasırğası insan tələfatına səbəb olub.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, artıq bir neçə gündür güclü küləklə müşayiət olunan leysan yağışları nəticəsində 5 nəfər xəsarət alıb, 1 nəfər həyatını itirib.
Güclü qasırğa Cənubi Koreyada da fəsadlara yol açıb. Burada ölən və xəsarət alan var, hətta 2 nəfərin itkin düşdüyü bildirilir.
Qeyd edək ki, hələ ötən həftənin sonlarında qasırğa səbəbindən Yaponiyada təxminən 26 min nəfər təxliyə olunub.
www.yenicag.az