!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yararsız dərmanlar xəstəxanalara necə yol tapır? - AÇIQLAMA

!Reklam – Yazi
“Vaxtı keçən dərman maddələri istifadə oluna bilməz”.
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla sosial şəbəkələrdə vaxtı keçmiş dərman preparatlarının apteklərdən yığışdırılandan sonra xəstəxanalara verilməsi ilə bağlı yayılan məlumatları əks etdirən fotodan danışarkən deyib.
Profesor bunun hüququ məsuliyyət yaratdığını diqqətə çatdırıb:
“Əgər bu cür fakt aşkarlanıbsa, mütləq araşdırılmalıdır. Dərman maddələrinin istehsalından tutmuş saxlanmasına kimi və dövriyyəsi ilə bağlı Azərbaycan Respublikasının qanunu var. Həmin qanunda dərman maddələrinin istehsalı, texnoloji standartlar, dərmad maddələrinin nəqli, idxalı, saxlanma qaydaları və satışı ayrı-ayrılıqda göstərilib”.
 
Adil Qeybulla vaxtı keçən dərmanların istifadəsini mümkünsüz sayır:
“Düzdür, Avropa istehsalı olan dərman maddələrinin əksəriyyətinin istehsal müddəti keçəndə onlar öz aktivliyini xeyli saxlayır. Amma hər halda bu müddət elə-belə həmin dərmanların üstündə göstərilməyib. Bu onu göstərir ki, artıq həmin müddətdən başlayaraq dərman maddələrinin tərkibində müəyyən dəyişikliklər gedir ki, bu da onların keyfiyyət parametrlərinə təsir edir. Ona görə də deyirəm ki, vaxtı keçmiş dərman maddələri istifadə oluna bilməz. Fakt araşdırılmalıdır”.
Qeyd edək ki, “Şimal xəbərləri”nin baş redaktoru Müqəddəs Mehdiyevin sosial şəbəkədə paylaşdığı fotoya görə, Qusar Rayon Mərkəzi Xəstəxanasında xəstələrə vaxtı keçmiş dərmanlar verilir. Məlumata görə, xəstəxananın aptek bölməsinin əməkdaşı İlhamə Hacıyeva (o, həm də xəstəxana direktorunun həyat yoldaşıdır – red.) tibb işçilərinin Vatsap qrupuna bu cür mesaj göndərib:
“Deməli, aptekdə vaxtı keçən dərman və sərfiyyatlar var. Bunlar şöbələrə paylanacaq”.
Bu mesaj tibb işçiləri arasında narazılıq yaradıb.

www.yenicag.az

83
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv