Yasamalda üç nəfərə məzar olan binanın sakini: "Mənzillərdə yaşamaq mümkün deyil"

media-hightechnic-468x90

“Cinayət məsuliyyətinə cəlb edilən şəxs bizə təzminat ödəməlidir”.

Bu sözləri Yenicag.az-a Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğında evi yararsız hala düşən jurnalist Heydər Mirzə bildirib. media-whatsapp-image-2025-11-24-at-14-29-57

Jurnalist bildirib ki, hazırda sakinlər müvəqqəti olaraq qohumların, dost-tanışın evində yaşayırlar:

“Mən özüm bir gün valideynimin evində, bir gün dostumun evində qaldım, bir gün burada qazsız, işıqsız, susuz qaldım. Hazırda əsas məsələ bu insanların müvəqqəti yerləşdirilməsi üçün təzminat olaraq kirayə pulu kimi xərcləri dövlətdən yox, həmin haqqında cinayət işi açılmış şəxsin ödəməsidir. O şəxs hər yerdə pulla bütün məsələləri həll edəcəyini deyirdi. Binanın vəziyyətinə gəldikdə isə, sanki hisə verilmiş başdaşıdır. Üzdən baxanda yanmayıb amma içərisi duman, hisdir. Ölənlər də o hisdən ölmüşdü. İşıq yox, qaz yox, kommunikasiyalar əriyib, şaxta partlayıb. Hazırda evlərin içində fiziki olaraq qalmaq olar, amma yaşamaq mümkün deyil”.

H. Mirzə qeyd edib ki, bina sakinləri öz maddi vəsaitləri hesabına təmir işlərinə başlayıblar:

“Biz hazırda müəyyən qədər öz səviyyəmizdə işlərə başlamışıq. Hər hansı addımı o şəxsdən gözləmədən öz cibimizdən müəyyən qədər xərcləməklə çalışırıq nələrsə edək, o cinayətkar zamanı gələndə təzminatı bizə qaytaracaq. Təsəvvür edin, təkcə binanın elektrik naqillərinin bərpasına bu gün başlasaq, ən azı 3-4 ay çəkəcək. Elektrikin bərpasından sonra binanı ümumi yaşayışa yararlığı haqqında düşünə bilərik. Hazırda binada vəziyyət belədir”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa