!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Yaşar Nurinin xanımından SƏRT ETİRAZ: “Bu laqeydlik nə vaxt bitəcək?”

!Reklam – Yazi

“Yaşarın sağlığında hər şey öz qaydasında idi. 2012-dən bu yana bilmirəm nə baş verir. 4-5 ildir mədəniyyət nazirinin qəbuluna düşə bilmirəm, bu nə deməkdir? Nazir niyə məni qəbul etmir? Axı mən sıradan bir insan deyiləm. Ömrünü sənətə həsr edən məşhur bir sənətkarın həyat yoldaşıyam”.

Bunu mərhum xalq artisti, tanınmış aktyor Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva Yenicag.az-a açıqlamasında deyib.

Aktyorun xanımı qarşılaşdığı biganə münasibətin səbəblərini anlaya bilmədiyini deyib. O, 2012-ci ildən bəri Yaşar Nurinin anım və xatirə günlərində, teatr, kino ilə bağlı bayramlarda yada salınmadığını, yaşadığı binaya xatirə lövhəsinin hələ də vurulmadığını, adının əbədiləşdirilməsi üçün heç bir addım atılmadığını bildirib:

“Yaşar Nurinin qanuni şəkildə Şöhrət ördeni olduğuna görə mən bilirəm ki, onun yaşadığı binanın qarşısına xatirə lövhəsi qoyulmalıdır, adına küçə verilməlidir. Bunları həll etmək lazımdır. Mən dedim, ya demədim, müraciət etdim, ya etmədim, bu, heç nəyi həll etmir, heç nə dəyişmir. Çünki Mədəniyyət Nazirliyi və Milli Məclisdə oturan mədəniyyət sahəsi üzrə səlahiyyətlilər üçün kino və teatr cameəsi bağlı qapıdır. Heç kimə kino, teatr sahəsində çalışan insanların həyatı maraqlı deyil. Sanki kino və teatr xadimləri təcrid olunan insanlardır. Yaşar Nurinin nə ad günü, nə xatirə günlərində zəng edən var, nə bayramlarda yada salan. Artıq buna öyrəşmişəm. Bunun səbəblərini də analya bilmirəm.

Yaşarın sağlığında hər şey öz qaydasında idi. 2012-ci ildən bu yana bilmrəm nə baş verir? 4-5 ildir Mədəniyyət Nazirinin qəbuluna düşə bilmirəm, bu nə deməkdir? Nazir niyə məni qəbul etmir?

Mən adi bir insan deyiləm. Ömrünü sənətə həsr edən məşhur bir sənətkarın həyat yoldaşıyam. Yəni onlara maraqlı deyil mənim problemlərim? Onlar öz səlahiyyətlərinə aid olan işləri yerinə yetirmirlər, qaldı ki, mənim problemlərim. Mənim kimi o qədər aktyor ailələri var ki, bütün həyatlarını bu sənətə fəda ediblər. Bu insanları qəbul edin, maraqlanın, görün problemləri nədir?

Nə vaxt zəng vururam, müxtəlif bəhanələrlə yola verirlər. 2012-ci ildən bəri mən nə nazirlə, nə də Milli Məclisin bu sahəyə aidiyyatı olan deputatları ilə əlaqə yarada bilmirəm. Onlar, teatr, kino sahəsinə aid olan o qurumlar nə işlə məşğuldurlar? Mənim sadəcə sözüm yoxdur. Danışıram, amma yenə də heç nə dəyişməyəcək. Yenə də həmin sükut, yenə də həmin biganə münasibət. İllər öncə, bir dəfə mənə zəng edib dedilər ki, Yaşar Nuri sağlığında lazım olan hər şeyi alıb. Söhbət onun sağlığından yox, vəfatından sonra xatirəsinə olan diqqətdən gedir”.

Cəvahir

www.yenicag.az

502
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv