Yaşayış evlərini su basdı

media-hightechnic-468x90

312136 (1)Son günlər havaların yağmurlu keçməsi Salyan rayonuna da təsirsiz ötüşməyib.

Normadan artıq yağış yağdığından rayonda bir sıra evlər su içində qalıb. Son bir neçə gündə aramsız yağış yağması nəticəsində Salyanda bir sıra fərdi yaşayış evlərinin zirzəmiləri və həyətyanı sahələri su içində qalıb. Bu hal özünü daha çox rayonun Yusif Zeynalov küçəsində göstərib. Hətta bəzi yerlərdə həyətyanı sahələrdə qalan yağış sularının səviyyəsi 20-30 santimetrə çatdığından həyətdə gəzmək belə mümkün deyil. Bu da yerli sakinlərin narahatlığına səbəb olub.

Hazırda sözügedən küçədə 10-dan çox fərdi yaşayış evi bu vəziyyətdədir. Sakinləri qorxudan evlərinin uçmaq təhlükəsidir. Mövcud vəziyyətlə bağlı rayon fövqəladə hallar komissiyası ilə əlaqə saxladıq. Komissiyadan bildirildi ki, vəziyyətdən xəbərdardırlar. Həyətlərdə yığılıb qalmış yağış sularının qurudulması üçün isə qısa zamanda lazımi tədbirlər görüləcəyini də bildirdilər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600